ULLUSUNU
Atropatenanın, sonralar isə orta əsrlər Azərbaycanının ərazisi ilə üst-üstə düşən coqrafi məkanda eramızdan əvvəl IX-VII əsrlərdə Manna dövləti təşəkkül tapır və inkişaf edir. Vilayətlərə bölünmüş ölkənin başında hakimiyyəti irsən qazanan şah dayanır, vilayətlərdə (Suriqaş, Messi, Uişdiş, Arsıyanşi və s.) isə onun canişinləri hökmranlıq edirdilər. Özünün çiçəklənmə dövründə Manna Yaxın Şərqdəki ən möhtəşəm dövlətlərdən hesab olunurdu. Onun formalaşması və möhkəmlənməsi Assuriya və Urartu dövlətləri ilə aparılan fasiləsiz müharibələrlə eyni vaxta düşür. Mannanın ən qüdrətli çağları şah İrançunun nə onun oğlu Ullusununun hakimiyyət dövlərinə təsadüf edir.
Yaşadığımız əsrin ortalarında əvvəlcə həvəskar, sonra isə peşəkar arxeoloqlar Azərbaycanın Marlik, həsənli və Zaviyə kimi məntəqələrində qazıntılar aparana qədər qədim dövrün tarixi ilə dərindən məşğul olan bir qrup mütəxəssis istisna olunmaqla heç kəs belə bir dövlətin mövcudluğundan xəbər tutmamışdı. Yalnız arxeoloqlar üzərində məşhur "vəhşi skif üslubu"na uyğun süjetlər həkk olunmuş qızıl,gümüş və bürünc mə'mulatlar xəzinələri-ni üzə çıxardıqdan sonra belə bir dövlətin mövcudluğu geniş kütlələrə mə'lum oldu. Həmin xəzinələrdən birinin tapılması tarixi xüsusi maraq doğurur. Qədim Manna ərazisində, Cənubi Azərbaycanda, Urmiyə gölünün ətrafında, Həsənlu qalası yaxınlıgında Robert Daysonun başçılıq etdiyi Amerika ekspedisiyası işləyirdi. Ekspedisiya arxeoloji qatlardan birində yanğın izinə rast gəldi. Elə buradaca onlar qeyri-adi gözəlliyə malik qızıl piyalə tapdılar. Bu tapıntı dünya elmində iki səbəbdən sensasiya doğururdu. Birinci səbəb-piyalənin həm yüksək texniki, həm də bədii səviyyəsi ilə fərqlənməsi idi: Mütəxəssislərin fikrincə, qabın üzərində bu yerlərə eradan əvvəl II minillikdə gəlmiş tayfaların əsatirlərindən qurban-vermə süjetləri təsvir olunmuşdur. İkinci səbəb bundan ibarət idi ki, həmin yerdə tapılmış əskər cəsədlərinin. silahların və piyalənin yerləşməsinə görə arxeoloqlar qaladagı yanğın zamanı baş verən hadisələrin gedişini heyrətamiz bir dəqiqliklə müəyyənləşdirə bilmişdilər.
Davamı...