TOMİRİS
Heredotu "tarixin atası" adlandırırlar. Onun doqquz hissədən ibarət "Tarix" əsəri yunan-fars müharibələrinə və bu müharibələrin ətrafında baş verən hadisələrə həsr olunmuşdur. Burada qələmə alınan hadisələr dövrünün tarixçilik ən'ənələrinə uyğun olaraq, miflə kerçək tarixi rəvayətçilik hüdudlarında yazılsa da, Heredot haqlı olaraq, dünyanın ən görkəmli tarixçilərindən sayılır. Heredotun kitabında yer alan əfsanəvi hadisələrdzn biri də İran şahı Kirin b. e. ə. 529-cu ildə öldürülməsi ilə bağlıdır. Kir müasir Azərbaycan ərazisində, Araz çayından şimalda yerləşən Massaket çarlığına ( bir çox tarixçilər bu çarlığı Orta Asiyada yerləşdirir, Arazı isə Amudərya ilə eyniləşdirirlər) yürüşü zamanı öldürülmüşdü.
Bu rəvayətin qəhrəmanı massaketlərin qətlə yetirilmiş şahının dul qadını Tomirisdir. Heredot yazır: "Massaketlər, deyilənə görə, çoxsaylı və cəsur bir tayfa olub. Onlar issedonlarla qarşı-qarşıya, Günəşin doğuşu istiqamətində şərqdə, Araz çayının arxasında yaşayırdılar." Bə'ziləri onları skif tayfalarından sayır. Massaketlərin şahı ölmüş, tayfanın başına onun dul qadını Tomiris keçmişdi. Kir öz elçilərini göndərərək, onunla evlənmək istədiyini bildirdi. Ancaq Tomiris anladı ki, Kir onunla evlənmək yox, bu yolla Massaket çarlığını ələ keçirmək istəyir və elə buna görə də həmin təklifi rədd etdi. Belə olduqda Kir hiyləgərliklə öz istəyinə nail ola bilmədiyini görüb, massaketlər üzərinə açıq hücuma keçdi. Araz çayından keçmək üçün Kir gəmilərdən körpü düzəltmək və həmin gəmilərin üzərində qüllələr qurmaq haqda əmr verdi.
Davamı...