Bəşər cəmiyyətini ilkin inkişaf dövrü ibtidai icma qurluşu adlanir.
İbtidai cəmiyyət başqa dövrlərə nisbətən uzun müddət davam etmişdir. İbtidai icma qurluşu ilk insanlarin yaranmasi ilə başlamiş uzun inkişaf yolu keçmişdir. Bu quruluş ayri-ayri ərazilərdə müxtəlif dövrlərdə baş vermişdir. İcma qurluşunun inkişaf vədağilmasi hər bir ölkənin təbii ehtiyatlari və başqa amillərlə bağli olmuşdur. Arxeologiya* elminə görə ibtidai icma qurluşu şərti olaraq üç dövrə bölünür.. DAŞ dövrü. TUNC dövrü. DƏMİR dövrü. Azerbaycan dünyanin ən qədim mədəniyyət ocaqlarindan biridir. Əlverişli təbii coğrafi şərait (şirin su qaynaqlarının, bitki və heyvanat aləminin zənginliyi, təbii mağaraların olması) ibtidai insanlarin məskən salmasına imkan yaratmışdır. Dünyanın ən qədim insan tiplərinin qaliqları ilk dəfə 1931-ci ildə Şərqi Afrikada (Keniya və Tanzaniya) tapilmışdır. Bu qalıqlara əsasən, alimlər ilk insan sürülərinin 2-3 milyon il bundan əvvəl yaşadığini müəyyən etmişlər.
