Daş dövrünün qədim mərhələsi PALEOLİT* dövrü adlanir.
İbtidai icma qurluşunun ilkin pilləsi olan PALEOLİT dövrü üç
mərhələyə bölünür:
Alt paleolit Otra paleolit Üst paleolit
--------------------------------------------------------------------------
ALT PALEOLİT
İlk insan tipinin yaranmasından başlayaraq 100 min il bundan əvvələ qədər davam etmişdir. Bu dövr insanlarınin həyat tərzi Qarabağın Quruçay vadisində, Füzuli şəhəri yaxınlığında yerləşən AZIX mağarasında əldə edilən materiallar əsasında öyrənilmişdir. AZIX mağarasının en qədim dövrə aid təbəqələrində ibtidai
insanların işlətdikləri kobud daş alətləri tapılmışdır. Bu alətlər adi çay daşlarından hazırlanmışdır.Minillər keçdikcə ibtidai insanlar fiziki və əqli cəhətdən xeyli inkişaf etmişlər.Əmək alətləri təkmilləşdirilmişdir. İlk vaxtlar insanların çox işlərinə yarayan kobud əl çapacaqları, sonralar isə ərsin-qaşov, sıyırğac və s. daş alətlər hazirlamışlar. Belə müxtəlif növ əmək alətləri AZIX mağarasının alt təbəqəsində tapılmışdır. Əmək alətləri ilə yanaşı, vəhşi heyvanların sümükləri də tapılmışdır. Bu sümüklərə əsasən, qədim insanların ovladığı vəhşi heyvanların növləri müəyyənləşdirilmişdir. Ov ilk vaxtlar sadə üsullarla edilirdi.Əsasən xırda heyvanları və iri heyvanların balalarını ovlayirdılar. Ovşuluqla yanaşı, yeməli yabanı bitkiləri və giləmeyvələri də yığırdılar. İnsanlar təbiətin hazır məhsullarını mənimsəyirdilər.
