AZƏRBAYCAN GÖRKƏMLİ ŞƏXSİYYƏTLƏRİ
Xəzər dənizinin qərb sahillərində yerləşən və Qafqaz dağlarından başlanıb İrandakı Səfid-rud çayına qədər uzanan geniş ərazilər ən qədim zamanlardan qonşu ölkələrin xalqından özünəməxsus adət-ən?ənələri, mə?nəviyyatı və mədəniyyəti ilə fərqlənən qohum xalq və tayfalar tərəfindən məskunlaşmışdır. Hələ 2300 il bundan əvvəl Kiçik Midiya hakimi Aderbad ( yunanca Atropat ) bu ərazidə onun şərəfinə Aderbadaqan ( Atropatena ) adlandırılan nəhəng bir müstəqil dövlət yaratmışdır. VII-IX əsrlərdə buraya ərəblərin gəlişi ilə Xilafətin bu vilayəti ərəb dilinə uyğunlaşdırılaraq, Azərbaycan adlandırılmış və o zamandan da bu adını saxlamışdır.Azərbaycan bərəkətli diyardır. Özünün zəngin təbii sərvətləri və sərfəli coğrafi mövqeyi ilə seçilən, sayılan bir ölkə! Şumer, yunan, Roma, İran, türk, hind, çin və digər sivilizasiyaları təsil eləyən ölkələri qovuşduqdan yollar ayrıcında yerləşən Azərbaycan qədim dövrlərdən istehsalın yüksək inkişaf səviyyəsi və bəşəriyyət tarixində silinməz izlər buraxan özünəməxsus mədəniyyəti il ətanınmışdır. Dünyanın ən məşur muzeylərini qədim dövrlərdə Azərbaycan əraisindəhazırlanmış bədii metal işləmələri, miniatürlər, kitab əlyazmaları, xalça və parça nümunələri bəzəyir. Lakin qədim tarix öz qoynunda bizə o dövrdə yaşamış çox az sayda görkəmli soydaşlarımız haqda soraqlar saxlamışdır.
Davamı...
