ÜST PALEOLİT
Üst Paleolit texminen 40 min il bundan əvvəl başlamış, e.ə. 12-ci il minilliyə qədər davam etmişdir. Bu dğvrdə iqlim mülayimleşmiş, bitki və heyvanat aləmimində, habelə ictimai həyatda xeyli dəyişikliklər baş vermişdir.
Azərbaycanın bir sıra bölgələrində Üst Paleolit dövrünün mağara düşergələri öyrəmilmişdir. İbtidai insanlar bu mağaralarda yaşamış və vəhşi heyvanların hücumunlarından qorunmuşlar. Bu dövrün maddi qaliqlarına Qarabağ və Qazax bölgəlrində rast gəlinmişdir.
Üst Paleolit dövründə bir sıra heyvanların, xüsusilə nəhəng maralın, mağara ayisının nəsli kəsilmişdir. İnsanlar ən çox Qafqaz maralı ceyran, cüyür, dağkeçisi və s. ovlayırdılar. İnsanların istifadə etdikləri uclu qaşovlar, biz, dairəvi, yarım dairəvi və uzun qaşovlar, gəzli ( yəni kənarı dişikli ) və üçbucaq əmək alətləri geniş yayılmışdır.
