ZƏRDÜŞT
I - hissə
Az qala iki yüz ildir ki, qədim yunanların Zoroastr adlandırdıqları Zərdüştün (Zaratuştra)-Zərdüştilik dininin yaradıcısı sayılan bu dahi şəxsin harada anadan olması məsələsi elmdə mübahisələr doğurmaqdadır. Bu məsələ hələ də müəyyən-ləşdirilməmiş qalır. Müasir zərdüştilər və orta əsr müsəlman tarixçilərinin əksəriyyəti (Biruni, Balazuri, Qəzvini, Yaqut əl-Həməvi və b.) zərdüştiliyin son dövr mənbələrinə əsaslanaraq, belə hesab edirlər ki, Zərdüşt Azərbaycanda doğulmuşdur. Çağdaş tədqiqatçılar onun doğum yeri kimi Orta Asiyanı və hətta Rusiyanı da göstərirlər. Bununla birlikdə çox-saylı rəsmi atəşgahları öz qoynunda saxlamış Azərbaycanın atəşpərəstlərin müqəddəs kitabı Avestanın yaranmasında və yayılmasında eləcə də zoroastrizmin dövlət dini səviyyəsinə qaldırılmasında böyük rol oynadığı hal-hazırda hamı tərəfindən qəbul olunur. Zərdüştilərin ən müqəddəs saydıqları üç atəşgahdan biri-Adurquşnasp (bəlkə Azərkəşəps?) burada, Şiz (indiki Təxti Süleyman) şəhərində yerləşirdi.
Davamı...
ULLUSUNU
Atropatenanın, sonralar isə orta əsrlər Azərbaycanının ərazisi ilə üst-üstə düşən coqrafi məkanda eramızdan əvvəl IX-VII əsrlərdə Manna dövləti təşəkkül tapır və inkişaf edir. Vilayətlərə bölünmüş ölkənin başında hakimiyyəti irsən qazanan şah dayanır, vilayətlərdə (Suriqaş, Messi, Uişdiş, Arsıyanşi və s.) isə onun canişinləri hökmranlıq edirdilər. Özünün çiçəklənmə dövründə Manna Yaxın Şərqdəki ən möhtəşəm dövlətlərdən hesab olunurdu. Onun formalaşması və möhkəmlənməsi Assuriya və Urartu dövlətləri ilə aparılan fasiləsiz müharibələrlə eyni vaxta düşür. Mannanın ən qüdrətli çağları şah İrançunun nə onun oğlu Ullusununun hakimiyyət dövlərinə təsadüf edir.
Yaşadığımız əsrin ortalarında əvvəlcə həvəskar, sonra isə peşəkar arxeoloqlar Azərbaycanın Marlik, həsənli və Zaviyə kimi məntəqələrində qazıntılar aparana qədər qədim dövrün tarixi ilə dərindən məşğul olan bir qrup mütəxəssis istisna olunmaqla heç kəs belə bir dövlətin mövcudluğundan xəbər tutmamışdı. Yalnız arxeoloqlar üzərində məşhur "vəhşi skif üslubu"na uyğun süjetlər həkk olunmuş qızıl,gümüş və bürünc mə'mulatlar xəzinələri-ni üzə çıxardıqdan sonra belə bir dövlətin mövcudluğu geniş kütlələrə mə'lum oldu. Həmin xəzinələrdən birinin tapılması tarixi xüsusi maraq doğurur. Qədim Manna ərazisində, Cənubi Azərbaycanda, Urmiyə gölünün ətrafında, Həsənlu qalası yaxınlıgında Robert Daysonun başçılıq etdiyi Amerika ekspedisiyası işləyirdi. Ekspedisiya arxeoloji qatlardan birində yanğın izinə rast gəldi. Elə buradaca onlar qeyri-adi gözəlliyə malik qızıl piyalə tapdılar. Bu tapıntı dünya elmində iki səbəbdən sensasiya doğururdu. Birinci səbəb-piyalənin həm yüksək texniki, həm də bədii səviyyəsi ilə fərqlənməsi idi: Mütəxəssislərin fikrincə, qabın üzərində bu yerlərə eradan əvvəl II minillikdə gəlmiş tayfaların əsatirlərindən qurban-vermə süjetləri təsvir olunmuşdur. İkinci səbəb bundan ibarət idi ki, həmin yerdə tapılmış əskər cəsədlərinin. silahların və piyalənin yerləşməsinə görə arxeoloqlar qaladagı yanğın zamanı baş verən hadisələrin gedişini heyrətamiz bir dəqiqliklə müəyyənləşdirə bilmişdilər.
Davamı...
TOMİRİS
Heredotu "tarixin atası" adlandırırlar. Onun doqquz hissədən ibarət "Tarix" əsəri yunan-fars müharibələrinə və bu müharibələrin ətrafında baş verən hadisələrə həsr olunmuşdur. Burada qələmə alınan hadisələr dövrünün tarixçilik ən'ənələrinə uyğun olaraq, miflə kerçək tarixi rəvayətçilik hüdudlarında yazılsa da, Heredot haqlı olaraq, dünyanın ən görkəmli tarixçilərindən sayılır. Heredotun kitabında yer alan əfsanəvi hadisələrdzn biri də İran şahı Kirin b. e. ə. 529-cu ildə öldürülməsi ilə bağlıdır. Kir müasir Azərbaycan ərazisində, Araz çayından şimalda yerləşən Massaket çarlığına ( bir çox tarixçilər bu çarlığı Orta Asiyada yerləşdirir, Arazı isə Amudərya ilə eyniləşdirirlər) yürüşü zamanı öldürülmüşdü.
Bu rəvayətin qəhrəmanı massaketlərin qətlə yetirilmiş şahının dul qadını Tomirisdir. Heredot yazır: "Massaketlər, deyilənə görə, çoxsaylı və cəsur bir tayfa olub. Onlar issedonlarla qarşı-qarşıya, Günəşin doğuşu istiqamətində şərqdə, Araz çayının arxasında yaşayırdılar." Bə'ziləri onları skif tayfalarından sayır. Massaketlərin şahı ölmüş, tayfanın başına onun dul qadını Tomiris keçmişdi. Kir öz elçilərini göndərərək, onunla evlənmək istədiyini bildirdi. Ancaq Tomiris anladı ki, Kir onunla evlənmək yox, bu yolla Massaket çarlığını ələ keçirmək istəyir və elə buna görə də həmin təklifi rədd etdi. Belə olduqda Kir hiyləgərliklə öz istəyinə nail ola bilmədiyini görüb, massaketlər üzərinə açıq hücuma keçdi. Araz çayından keçmək üçün Kir gəmilərdən körpü düzəltmək və həmin gəmilərin üzərində qüllələr qurmaq haqda əmr verdi.
Davamı...
ATROPAT
Yeni eradan əvvəl 331-ci ilin 1 oktyabrında Assuriyanın qədim paytaxtı Nineviya yaxınlıqındakı Qauqamela adlanan yerdə Ön və Orta Asiyanın bir çox xalqlarının taleyinə tə'sir göstərmiş bir döyüş oldu. Makedoniyalı İskəndərlə İran hökmdarı Əhəməni Dara arasındakı bu döyüş İskəndərin tam qələbəsi ilə və möhtəşəm Əhəmənilər dövlətinin süqutu ilə başa çatdı. Daranın anası, arvadı və iki qızı İskəndərə əsir düşdü. Bundan başqa o, çoxlu qənimət ələ keçirdi. Həmin döyüş bizi ona görə maraqlandırır ki, tarixi mənbələrdə Midiya satrapı (hakimi) Atropatın adı ilk dəfə məhz bu döyüşlə əlaqədar xatırlanır. O, burada müəyyən mə'nada özündən asılı olan kadusilər, albanlar və sakesinlərlə ittifaqda vuruşmuş, midiyalıların süvari və piyada dəstələrinə başçılıq etmişdi.
Davamı...
AZƏRBAYCAN GÖRKƏMLİ ŞƏXSİYYƏTLƏRİ
Xəzər dənizinin qərb sahillərində yerləşən və Qafqaz dağlarından başlanıb İrandakı Səfid-rud çayına qədər uzanan geniş ərazilər ən qədim zamanlardan qonşu ölkələrin xalqından özünəməxsus adət-ən?ənələri, mə?nəviyyatı və mədəniyyəti ilə fərqlənən qohum xalq və tayfalar tərəfindən məskunlaşmışdır. Hələ 2300 il bundan əvvəl Kiçik Midiya hakimi Aderbad ( yunanca Atropat ) bu ərazidə onun şərəfinə Aderbadaqan ( Atropatena ) adlandırılan nəhəng bir müstəqil dövlət yaratmışdır. VII-IX əsrlərdə buraya ərəblərin gəlişi ilə Xilafətin bu vilayəti ərəb dilinə uyğunlaşdırılaraq, Azərbaycan adlandırılmış və o zamandan da bu adını saxlamışdır.
Azərbaycan bərəkətli diyardır. Özünün zəngin təbii sərvətləri və sərfəli coğrafi mövqeyi ilə seçilən, sayılan bir ölkə! Şumer, yunan, Roma, İran, türk, hind, çin və digər sivilizasiyaları təsil eləyən ölkələri qovuşduqdan yollar ayrıcında yerləşən Azərbaycan qədim dövrlərdən istehsalın yüksək inkişaf səviyyəsi və bəşəriyyət tarixində silinməz izlər buraxan özünəməxsus mədəniyyəti il ətanınmışdır. Dünyanın ən məşur muzeylərini qədim dövrlərdə Azərbaycan əraisindəhazırlanmış bədii metal işləmələri, miniatürlər, kitab əlyazmaları, xalça və parça nümunələri bəzəyir. Lakin qədim tarix öz qoynunda bizə o dövrdə yaşamış çox az sayda görkəmli soydaşlarımız haqda soraqlar saxlamışdır.
Davamı...