Azərbaycan haqda tarixi konsepsiya YEKUN
Azərbaycan haqda tarixi konsepsiya
1-ci konsepsiya
2-ci konsepsiya
3-cü konsepsiya
______________YEKUN
Beləliklə, Azərbaycan tarix elmində bugün mövcud olan hər üç konsepsiya gözdən keçirildi və bunlardan hansının elmdə möhkəmlənəcyi yaxın gələcəkdə bəlli olacaq. İkinci və üçüncü konsepsiyaların perspektivsizliyi artıq indidən bəllidir, çünki bu sahədə göstərilən cəhdlər elmə yeni heç nə gətirmir, faktoloji resursu da tükənib. Yalnız birinci konsepsiya Azərbaycan və ümumiyətlə Türkologiya və Dünya tarixi üçün yeni üfüqlər açır. Birinci konsepsiya ilk addımlarını atsa da, əvvəllər izah oluna bilməyən bir çox məsələlər artıq bu konsepsiyada məntiqi izahını rahatca tapır. Hər hansı bir elmdə tədqiq olunan mövzudan asılı olaraq, münasib axtarış metodu seçmək imkanı olur. Bu prosesdə tədqiqatçının hazırlıq dərəcəsi, bilik səviyəsi, eridusiyası, məqsədi, məsələni hansı tutumda qoyma bacarığı və müxtəlif metodlarla tanışlığı böyük rol oynasa da, mövzunun xarakteri müəyən metodların istifadəsini zəruri edir. Bizim mövzu konkret bir xalqın tarixi ilə bağla olduğundan etnos problemini müxtəlif yönlərdən öyrənən etnoqrafiya, tarix, arxeologiya, kulturologiya, antropologiya, genetika, sənətşünaslıq, filologiya, psixologiya, sosiologiya, demoqrafiya, ekonomika elmlərinin müəyən bölmələri və etnolinqvistika, etnobiologiya, etnoantropologiya, etnogenetika, etnocoğrafiya, etnopsixologiya kimi yeni elmlərarası sahələr və artıq sınaqdan çıxıb formalışmış etnologiya, etnogenez elmlərinin verdiyi bilgiləri nəzərə alaraq, Azər tarixinə müxtəlif elmlərdə istifadə olunan diaxronik, retrospektiv, deduktiv, tipoloji, tarixi-müqayisəli, qlottogenez, areal dmlçiliyi metodlarından istifadə etməklə bütövlükdə mövzunun öyrənilməsinə komples metodologiya tətbiq etmək lazım gəlir.
Azərbaycanın arxeoloji kulturu Avropa, Misir, Şumer, Monqolustan kulturundan qədim olduğu kimi, türk dilinin tarixi də şumer, asur, monqol dillərindən qədimdir.
Başqa dil ailələrindən fərqli olaraq, Türk dil ailəsində protodil çağı inkişaf və təkmilləşmə dövrünü tam başa vurandan, dilin quruluşunda yaranan mükəmməl mexanizm tam sistemə oturandan sonra ilk böyük miqrasiyalarla ayrı-ayrı bölgələrə dağılmışdır. Qlottogenez metodikası ilə əldə olunan bilgi geologiya elmi ilə də təsdiqini tapır. Şumer ərazisində əvvəllər insan yaşamadığı kimi, Latviyada da ilk insan izinin tarixi 10 min ildən o yana keçmir. Azərbaycan arxeoloju kulturu çiçəklənəndə Avropa hələ buzlaqlaşma dövrünü yaşayırdı. Türkkoloqların bizi aparıb bağlamaq istədiyi Altayın paleoltit çağı isə Azərbaycandakı analoji çağdan azı 4-5 minil geri qalır. XX əsrdə humanitar elmlərin daxili bölmələr üzrə diferensiallaşma dəbi klassik şərqşünas, tarixçi, filoloq, türkoloq alimlərin sayını get-gedə azaltdı. Elmlərin ayrılması bir tərəfdən öz daxili bölmələrinin dərindən tədqiqi sayəsində dilçilik, tarix, mifologiya, ədəbiyat, türkologiya elmlərinin uğurlu inkişafı ilə, digər tərəfdən yarımbölmə üzrə ixtisaslaşan alimin “cırlaşması” ilə nəticələndi. Ona görə də, indi bir neçə humanitar elmin işığında aparılan tədqiqat əsərləri yox dərəcəsindədir. Güman edirik ki, burada istifadə etdiyimiz kompleks metodika Azərbaycan arxeologiya elmində etnik atributlar sisteminə söykənən yeni etnoloji metodun formalaşmasına da yardım edə bilər. Müxtəlif elm sahələrinin baxış bucağı altında görünən bəlgələrin dialektik əlaqəsi yönündə Azər tarixinin kompleks metodologiya ilə öyrənilməsi irəli sürülən konsepsiyanın elmi əsasa oturmasına, qarşıya qoyulan məqsədin gerçəkləşməsinə imkan verir. Bu metodikanın uğuru milli və yabançı qaynaqların hansı tutumda tədqiqata cəlb olunmasından da çox asılıdır.
MENBE-
