Azərbaycan tarixi - İkinci konsepsiya
Azərbaycan haqda tarixi konsepsiya
İkinci konsepsiya
Bu konsepsiyanın iki əsas tezisi vardır:
Azərbaycanlılar yerli xalqdır;
Azərbaycanlıların danışdığı dil gəlmə dildir.
Göründüyü kimi, birinci tezis yuxarıda gözdən keçirilən birinci konsepsiya ilə uyğundur. Ona görə də, bu məsələ üzərində dayanmağa ehtiyac yoxdur. İkinci tezis isə bu konsepsiyanın əsas nöqsanıdır. Avropa, Sovet və İran tarixşünaslığında formalaşan ikinci konsepsiyanın Azərbaycandakı tərəfdarlarının həm Quzey-Azərbaycanda, həm də Güney-Azərbaycanda “məktəbi” yaranmışdır, güneydə bu məktəbin başında azər türklərindən olan Kəsrəvi başçılıq edirdi, quzeydə isə prof. İqrar Əliyev başçılıq edir. Kəsrəvi ölümünə yaxın şah rejimi tərəfindən satın alındığını və azər türklərinin mənşəyi haqqında xüsusi sifarişlə yazdığı kitabda tarixi gerçəkliyə qara yaxdığını, azər (azəri) xalqına qarşı törətdiyi günahlarını etiraf etdi. Azər türkü olmayan İqrar Əliyev isə çörəyini yediyi xalqın tarixinə ləkə yaxmaqda davam edir və bu xidmətinə görə “şərəf” ordeni də aldı.
İkinci konsepsiyanın ikinci tezisinə görə, Arazdan aşağıda yaşayanlar irandilli olmuşlar. Orta Asiyadan gələn səlcuqlar XI əsrdə bunların dilini dəyişdirmiş və bu irandilli tayfalar dönüb azərilər olmuşlar. Lakin İranşünaslıq elmi irandilli boyların Güney-Azərbaycana gəlişini m.ö. VIII əsrdən sonra başlanmasın artıq elmi konsepsiya kimi qəbul etmişdir. Bu elmi fakt qarşısında qalan ikinci konsepsiya tərəfdarları çıxış yolunu bunda görürlər ki, belə desinlər: vaxtilə “naməlum” dillərdə danışan əhali irandilli tayfaların gəlişindən sonra “irandilli” oldular, türklər gələndən sonra isə “türkdilli” oldular. Doğrudur, Güney-Azərbaycanda bəzi kiçik bölgələrdə “farslaşma” və “türkləşmə” olmuşdur, lakin bu epizodik halların bütöv region əhalisinə şamil edilməsi absurddur. Belə ki, bir xalqın iki dəfə dilini dəyişməsi nadir haldır. Məsələn, mazandaranlılar, talışlar, lurlar, bəzi kürd tayfaları və bəlucların farslaşması gerçək faktdır, lakin onların dönüb türk olması faktı yoxdur. Həm də, ikinci konsepsiya tərəfdarları “türkləşmə” olayını o çağa aid edirlər ki, onda Azərbaycanda din və elm sahəsində ərəb dili üstün mövqedə idi və ədəbiyatda fars dili təkcə farsların deyil, türklərin də içində çiçəklənmə dövrünü yaşayırdı, hakimiyətdə olan səlcuqlar türk dilini deyil, fars dilini yayırdılar. Bu durumda irandilli əhali necə türkləşə bilərdi? Quzey-Azərbaycan əhalisinin etnik tərkibi də eyni metodoloji nöqsanla şərh olunur. Güya Aran, Alban adları ilə tanınan Arazdan yuxarı ərazilərin əhalisi qafqazdilli imiş, sonradan türkləşib. Yəni biz azərlər qafqazdilli xalq olmuşuq. Əgər bu, doğrudan da belədirsə, niyə “babalarımızın” dilindən heç olmasa, bircə söz dilimizdə qalmayıb? Necə olur ki, bu “türkləşən” xalqın sazı-sözü, folkloru, mifologiyası, etnoqrafiyası quzey bölgələrdə iç-içə yaşadığı qafqazdilli xalqlarla deyil, Arazdan aşağıda yaşayan “türkləşmiş irandilli” azərlərlə eynidir? Əlbəttə, ikinci konsepsiyanın tərəfdarları bu suallara cavab tapmır. Ona görə də, Alban dövlətinin tarixini həmin çağda Azərbaycanda yaşayan saqa, qamər, azər//xəzər, subar, alban, qarqar, kəngər, gögər, maskut, hun və sair türk boylarının deyil, bir ovuc qafqazdilli udi boynun tarixi kimi qələmə verirlər. Hər hansı bir məsələnin mahiyəti o vaxt obyektiv açıla bilir ki, onun öyrənilməsinə ayrı-ayrı baxış bucaqlarından yanaşma imkanı olsun. Bu baxımdan, Azərbaycanın qədim tarixini tədqiq edən tarixçilərin türkologiyadan və bu mövzuya baş vuran türkoloqların da tarix elmindən uzaq düşməsi, üstəlik mifoloq, dilçi və etnoqrafların həmin tarixdə yalnız öz sahələrinə aid mövzuları araşdırması eyni durumun müxtəlif yozumuna və ziddiyətli şərhlərinə səbəb olmuşdur. Bunun nəticəsi kimi, Azərbaycan tarixşünaslığında dərin kök salan belə bir yanlış fikir yaranmışdı ki, guya qeyri-müəyən dillərdə danışan Azərbaycan əhalisi türk dilində XI əsrdə səlcuqların gəlişindən sonra danışmağa başlamışlar. Bu elmdən uzaq fikri irəli sürənlər son illərdəki araşdırmalarda Azərbaycanda qədim türklərlə bağlı faktlar ortaya çıxdıqca “türkləşmə” tarixini addım-addım geri - öncə IX, sonra VII, daha sonra isə II əsrə qədər qədimə çəkməli oldular. Daha ayıqları isə m.ö. VII-II əsrlər arasında da burada turkcə danışan boyların olduğunu qəbul etdi. Lakin daha qədim qaynaqlardakı bəlgələr tez-tez fikrini dəyişən tarixçilərin hələ də yanlış yolda olduğunu göstərir. İkinci konsepsiya tərfdarlarının istinad etdiyi yeganə “elmi” dəlil Altay nəzəriyəsi və bu nəzəriyəyə görə, türklərin Atayurdunun Altay olması fikridir. Bu nəzəriyənin isə subut olunmamış bir fərziyə olduğu bəllidir və bu sahə ilə məşğul olan tanınmış komparavist türkoloqlar son iyirmi ildə Altay dil birliyindən imtina etmişlər.