
MEZOLİT dövrü
Mezolit* dövrü. E.ə 12-ci minillikdən Azərbaycan ərazisində qəbilə icmasının inkişafında yeni dövr başlanır. Mezolit və ya Orta Daş dövrü adlanan bu dövr e.ə VII minnilliyə qədər davam etmişdir.
Mezolit dövründə yaşayış üçün daha əlverişli iqlim şəraiti olmuşdur. Qəbilələr halinda birləşmiş insanların həyatında, dünyagörüşündə, ətraf aləmə münasibətlərində xeyli dəyişikliklər baş vermişdir. Yeni emək alətləri yaratmiş insanlar əsasən ovçuluq, yığıcılıq və balıqçılıqla məşğul olmuşlar.
Üst Paleolit texminen 40 min il bundan əvvəl başlamış, e.ə. 12-ci il minilliyə qədər davam etmişdir. Bu dğvrdə iqlim mülayimleşmiş, bitki və heyvanat aləmimində, habelə ictimai həyatda xeyli dəyişikliklər baş vermişdir.
Azərbaycanın bir sıra bölgələrində Üst Paleolit dövrünün mağara düşergələri öyrəmilmişdir. İbtidai insanlar bu mağaralarda yaşamış və vəhşi heyvanların hücumunlarından qorunmuşlar. Bu dövrün maddi qaliqlarına Qarabağ və Qazax bölgəlrində rast gəlinmişdir.
Üst Paleolit dövründə bir sıra heyvanların, xüsusilə nəhəng maralın, mağara ayisının nəsli kəsilmişdir. İnsanlar ən çox Qafqaz maralı ceyran, cüyür, dağkeçisi və s. ovlayırdılar. İnsanların istifadə etdikləri uclu qaşovlar, biz, dairəvi, yarım dairəvi və uzun qaşovlar, gəzli ( yəni kənarı dişikli ) və üçbucaq əmək alətləri geniş yayılmışdır.
ORTA PALEOLiT
Orta Paleolit texminen 100 min il bundan əvvəl başlamış, e.ə 40-cı minilliyə qədər davam etmişdir. Bu dövr Mustye mədəniyyəti (Mustye-Faransada yer adıdır. Orta Paleolit əmək aletleri ilk dəfə buradan tapılmışdır ) dövrü də adlanır. Orta Paleolit dövründə Azərbaycanın ərazisində yaşayan qədim insanların həyatında bir sıra əhəmiyyətli yeniliklər baş vermişdir. Kiçik Qafqazın cənub-şərq yamacında, Naxçıvan, Qarabağ, Qazax bğlgələrində məskən salmışlar.
Arxeolaqlarımız Qarabağda Tağlar, Naxçıvanda Qazma, Qazaxda Damcıli mğaralarında Orta Paleolit dövrünə aid zəngin maddi mədəniyyət nümunələri tapılmışlar.
Daş dövrünün qədim mərhələsi PALEOLİT* dövrü adlanir.
İbtidai icma qurluşunun ilkin pilləsi olan PALEOLİT dövrü üç
mərhələyə bölünür:
Alt paleolit Otra paleolit Üst paleolit
--------------------------------------------------------------------------
ALT PALEOLİT
İlk insan tipinin yaranmasından başlayaraq 100 min il bundan əvvələ qədər davam etmişdir. Bu dövr insanlarınin həyat tərzi Qarabağın Quruçay vadisində, Füzuli şəhəri yaxınlığında yerləşən AZIX mağarasında əldə edilən materiallar əsasında öyrənilmişdir. AZIX mağarasının en qədim dövrə aid təbəqələrində ibtidai
insanların işlətdikləri kobud daş alətləri tapılmışdır. Bu alətlər adi çay daşlarından hazırlanmışdır.Minillər keçdikcə ibtidai insanlar fiziki və əqli cəhətdən xeyli inkişaf etmişlər.Əmək alətləri təkmilləşdirilmişdir. İlk vaxtlar insanların çox işlərinə yarayan kobud əl çapacaqları, sonralar isə ərsin-qaşov, sıyırğac və s. daş alətlər hazirlamışlar. Belə müxtəlif növ əmək alətləri AZIX mağarasının alt təbəqəsində tapılmışdır. Əmək alətləri ilə yanaşı, vəhşi heyvanların sümükləri də tapılmışdır. Bu sümüklərə əsasən, qədim insanların ovladığı vəhşi heyvanların növləri müəyyənləşdirilmişdir. Ov ilk vaxtlar sadə üsullarla edilirdi.Əsasən xırda heyvanları və iri heyvanların balalarını ovlayirdılar. Ovşuluqla yanaşı, yeməli yabanı bitkiləri və giləmeyvələri də yığırdılar. İnsanlar təbiətin hazır məhsullarını mənimsəyirdilər.
Bəşər cəmiyyətini ilkin inkişaf dövrü ibtidai icma qurluşu adlanir.
İbtidai cəmiyyət başqa dövrlərə nisbətən uzun müddət davam etmişdir. İbtidai icma qurluşu ilk insanlarin yaranmasi ilə başlamiş uzun inkişaf yolu keçmişdir. Bu quruluş ayri-ayri ərazilərdə müxtəlif dövrlərdə baş vermişdir. İcma qurluşunun inkişaf vədağilmasi hər bir ölkənin təbii ehtiyatlari və başqa amillərlə bağli olmuşdur. Arxeologiya* elminə görə ibtidai icma qurluşu şərti olaraq üç dövrə bölünür.. DAŞ dövrü. TUNC dövrü. DƏMİR dövrü. Azerbaycan dünyanin ən qədim mədəniyyət ocaqlarindan biridir. Əlverişli təbii coğrafi şərait (şirin su qaynaqlarının, bitki və heyvanat aləminin zənginliyi, təbii mağaraların olması) ibtidai insanlarin məskən salmasına imkan yaratmışdır. Dünyanın ən qədim insan tiplərinin qaliqları ilk dəfə 1931-ci ildə Şərqi Afrikada (Keniya və Tanzaniya) tapilmışdır. Bu qalıqlara əsasən, alimlər ilk insan sürülərinin 2-3 milyon il bundan əvvəl yaşadığini müəyyən etmişlər.
| Paytaxtı: | Bakı |
| Rəsmi dili: | Azərbaycan dili |
| Pul vahidi: | Manat |
| Yaranma tarixi: | 28 May 1918 |
| Müstəqillik günü: | 18 Oktyabr 1991 |
| Sahəsi: | 86.600 km2 |
| Əhalisi: | 8.347 milyon (2004) |
| Adambaşına düşən xalis illik gəlir: | 1041$ (2004) |
| İnflyasiya nisbəti: | 10.4% (2004) |
| Muxtar Respublika: | Naxçıvan Muxtar Respublikası |
| Şəhərlər: | Cəmi 13 böyük şəhər, 69 rayon şəhəri var. Başlıca şəhərləri: Gəncə, Sumqayıt, Lənkəran, Mingəçevir, Şəki, Əli Bayramlı. |
| Qəsəbələr: | 131 |
| Kəndlər: | 4354 |
| Qonşular: | Cənub-qərbdə Türkiyə, Şimal-qərbdə Gürcüstan, Cənubda İran, Şərqdə Xəzər Dənizi, Şimalda Rusiya, Qərbdə Ermənistan. |
| Çaylar: | Kür, Araz, Alazan, Samur,Tərtər, Kanık, Viləş, Gəncəçay və Beyləqan |
| İqlimi: | Quru və subtropik xarakterlidir. Şimal bölgəsində quru iqlim hakimdir |
| Təbii sərvətləri: | Kənd təsərrüfatı sahələri, neft, təbii qaz |
| Əsas kənd təsərrüfatı məhsulları: | Üzüm, pambıq, tütün, tərəvəz və meyvə |
| Əsas sənaye sahələri: | Neft emalı, sondaj cihazları vasitəsiylə neft məhsulları çıxarılması, qida məhsulları, tekstil elektronika və metal |
Azərbaycan Respuplikasinin Dövlət bayraği Azərbaycanın dövlətinin
suverliyinin rəmzidir. Azərbaycan Respublikasinin 05 fevral 1991-ci il tarixli 17-XII nömrəli Qanunu ilə təsdiq edilmişdir.
Bayrağimizda olan MAVİ RENG türkçülüyün; QIRMIZI RƏNG müasirlik ve demakratiyanin; YAŞIL RƏNG islamin simvoludur;Aypara ve sekkizguşeli ulduz ise AY ile Günəşi eks etdiren xoşbextlik ve əbədilik ifadəsidir.
----------------------------------------------------------------
I. Azərbaycan Respublikasının dövlət rəmzləri Azərbaycan Respublikasının Dövlət bayrağı, Azərbaycan Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının Dövlət himnidir.
II. Azərbaycan Respublikasının Dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.
III. Azərbaycan Respublikası Dövlət bayrağının və Azərbaycan Respublikası Dövlət gerbinin təsviri, Azərbaycan Respublikası Dövlət himninin musiqisi və mətni Konstitusiya qanunu ilə müəyyən edilir.
BLOG haqqında istekleriniz və iradlarınızı burada yaza bilersiniz?
- www.AZtarix.azeriblog.com
-
